Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin nümayəndəsinin adı çəkilən partiyanın Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyevə qarşı şikayətinə baxılıb. İddiaçı tərəf iştirak etmədiyinə görə prosses təxirə salınıb.
Qeyd edək ki, Aydın Əliyev partiya sıralarından qanunsuz uzaqlaşdırılması və iclas protokollarının saxtalaşmasını əsas gətirərək “Partiyaya üzvlüyünə və NTK sədrliyinə bərpa edilməsi” ilə bağlı Nəsimi Rayon məhkəməsində iddia qaldırmış, məhkəmə prossesi zamanı protokolların saxtalaşdırıldığı, protokolda iştirak etdikləri bildirilən şəxslərin bəzilərinin Azərbaycanda olmadığı halda imzalarının olması faktı təsdiq olunmuşdu. Nəsimi Rayon Məhkəməsi Aydın Əliyevin iddiasını təmin etmişdi.