“Barselona” “İnter”in futbolçusu üçün təklif irəli sürdü

Baş səhifə

Bakı. Trend:

“İnter”in futbolçusu Alessandro Bastoni karyerasını İspaniyada
davam etdirə bilər.

Trend “Tuttomercato”ya istinadən xəbər verir ki, “Barselona” “nerazzura”nın müdafiəçisi üçün artıq təklif irəli sürüb.

Kataloniya təmsilçisi italiyalı üçün 60 milyon avrosundan
keçməyə hazırdır.




26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 35 görüşdə iştirak
edib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına
qədərdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir