Rusiya ordusunun raket hücumu nəticəsində Odessa İncəsənət Muzeyi qismən zədələnib.
Bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyindən məlumat verilib.
Bildirilib ki, muzey YUNESKO-nun ilkin siyahısındadır.
“Partlayış dalğası Odessa İncəsənət Muzeyinin binasının pəncərələrini qırıb. Xoşbəxtlikdən tələfat olmayıb. Muzey dərhal dəymiş ziyanı aradan qaldırmaq üçün işə başlayıb”, – nazirlikdən bildirilib.
Nazirlik YUNESKO və beynəlxalq ictimaiyyəti Rusiyanın raket zərbələrini dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.
Xatırladaq ki, bu gün, iyulun 23-də səhər saatlarında Rusiya Odessa Dəniz Ticarət Limanına “Kalibr” tipli qanadlı raketlərlə hücum edib. Hücum nəticəsində yaralananlar var.


Mənbə: rbc.ua
www.RIA24.az