"İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"

Baş səhifə

“İran Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib”.

Modern.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu “Xatəm əl-Ənbiya” hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari deyib.

“Regionda bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və əsgərlər qaçaraq bazalardan kənardakı sığınacaqlarda gizləniblər və biz onları axtarırıq”, – deyə o bildirib.

İ.Zülfəqari, həmçinin Yaxın Şərq bölgəsinin bütün sakinlərini ABŞ hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə, habelə “öz təhlükəsizlikləri üçün onların qovulmasını tələb etməyə” çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir