Türkiyədə Çingiz xanın nəvəsinin sarayı tapıldı

Dünya

Türkiyədə arxeoloqlar qrupu Vanda bir vaxtlar Çingiz xanın nəvəsi Hülaku xan üçün tikilmiş  möhtəşəm sarayın qalıqlarını aşkar etdiklərini açıqlayıblar.

Tədqiqat qrupuna daxil olmayan bəzi ekspertlər isə qalıqların Çingiz xan və ailəsi ilə əlaqələndirilməsindən öncə daha çox məlumatın lazım olduğunu söyləyərək alimləri ehtiyatlı olmağa çağırıblar.

Bildirilib ki, qazıntı işləri Monqolustan və Türkiyədən olan arxeoloqlar tərəfindən aparılıb. Komanda hələ də öz tapıntılarını və kəşf etdikləri artefaktların şəkillərini elmi jurnalda dərc etməyib.

Qeyd edək ki, Hülaku xan eramızın 1217-ci ildən 1265-ci ilə qədər yaşayıb və monqolların Yaxın Şərqdəki hərbi əməliyyatlarına rəhbərlik edib.

O, xüsusilə 1258-ci ildə Bağdadın talan edilməsi, “Beytül Hikmət” kimi tanınan şəhərdəki böyük kitabxananın dağıdılması ilə nəticələnən yürüşləri ilə tanınır.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir