
Bakı. Trend:
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz
mühüm əhəmiyyət daşıyır.
Trend xəbər
verir ki, bu fikirlər NATO-nun baş katibi Mark Rüttenin 2025-ci
ilin yekunlarına dair hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə NATO Azərbaycan və Ermənistan
arasında sülh istiqamətində əldə olunan əhəmiyyətli irəliləyişi və
Amerika Birləşmiş Ştatlarının sülh prosesinə davamlı töhfəsini
alqışlayıb:
“Avqustda sülh sazişinin paraflanması normallaşma və regional
təhlükəsizlik istiqamətində mühüm addım olub. NATO hər iki ölkə ilə
dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır”.

