“S&P” manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırır

İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın ABŞ dolları qarşısında məzənnəsi bir dollar üçün 1,7 manat səviyyəsində sabit qalacaq.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

“Ancaq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyələrdə qalarsa, hökumət məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildə yaşadığına bənzər valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə itirilməsinin qarşısını almağa kömək edəcək”, – “S&P” bildirib.

Agentlik “Brent” markalı neftin bu il orta hesabla 102 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları və 2024-2025-ci illərdə isə orta hesabla 55 ABŞ dolları/barel səviyyəsində olacağını gözləyir.

Bununla bağlı olaraq, agentlik 2026-cı ilə qədər manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,7 manat səviyyəsində qalacağını proqnozlaşdırır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir