
Bakı. Trend:
“Roma”nın mərkəz müdafiəçisi Obite N’Dika yayda klubunu dəyişə
bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Tottenhem”
və “Liverpul” 26 yaşlı kot-d’ivuarlı futbolçunu fəal şəkildə
izləyir. “Bavariya” və “Barselona”nın da maraq dairəsində olan
müdafiəçinin hansı kluba üstünlük verəcəyi dəqiq deyil.
“Roma” Obite üçün 40-45 milyon avrodan çox təklif edən klubla
razılaşacaq. 26 yaşlı futbolçu “Oser” və “Ayntraxt”(Frankfurt)
klublarında da oynayıb

