
Bakı. Trend:
İraqın hava məkanının bağlanma müddəti daha 72 saat
uzadılıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya
İdarəsi qərar qəbul edib.
Məlumata görə, İraqın hava məkanı bütün uçuşlar üçün 72 saat
müddətinə bağlı qalacaq. Qərar martın 31-i saat 12:00-dək qüvvədə
olacaq. Bu addım müvəqqəti ehtiyat tədbiri kimi, eləcə də
təhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsi və regiondakı
hadisələrin inkişafı əsasında atılıb.

