Birləşmiş Ştatlar Prezidenti Co Bayden demək olar ki, COVID-19-dan tamamilə sağalıb.
Bu barədə Ağ Evdən bildirilib.
“Prezidentin burnundan azca axıntı və səsində bir az xırıltı qalır”, – Ağ Evin yaydığı açıqlamada qeyd olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin koronavirusa yoluxması barədə xəbər iyulun 21-də dərc edilmişdi.
www.RIA24.az