Oyun zamanı meydanda dili qatlanan futbolçu “Qəbələ”də məşqlərə başladı

İdman

Macarıstanda “Fehervar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alan “Qəbələ”nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.

Qeyd olunur ki, dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir.

Digər zədəlilər – Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.

Qeyd edək ki, İlkin Qırtımov “Fehervar”a 1:4 hesabı ilə uduzduqları görüşün ilk hissəsinin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən müdafiəçi Rüfət Əhmədovla əvəzlənib.

Komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.

Mənbə: Gabalafc.az

www.RIA24.az

Spread the love