Tramp Lukaşenko ilə görüşə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trump Belarus lideri Aleksanandr Lukaşenko
ilə görüş keçirməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə Donald Tramp “Truth Social” hesabında
paylaşım edib.

Onun sözlərinə görə, ötən həftə Belarusda səfərdə olan xüsusi
nümayəndəsi Con Koul Aleksandr Lukaşenko ilə danışıqlar nəticəsində
daha 250 məhbusun azad edilməsinə nail olub.




Tramp qeyd edib ki, ötən ilin may ayından etibarən Lukaşenko
tərəfindən əfv olunan məhbusların ümumi sayı 500-ü ötüb.

ABŞ Prezidenti Belarus liderinə təşəkkürünü ifadə edərək
bildirib ki, onunla növbəti Sülh Şurası iclası çərçivəsində görüşü
səbirsizliklə gözləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir