
Bakı. Trend:
Martın 30-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda
növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri
çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan
tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata
keçirilib.
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat
xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra
Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası
tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili
yolların yuyucu maddələrlə yuyulması təmin edilib.
Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl
yağan şiddətli yağışların fəsadlarının tam şəkildə qaldırılmasına
və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini
verib.

