
Bakı. Trend:
NATO Türkiyəyə doğru buraxılan İran ballistik raketini yenidən
uğurla ələ keçirib.
Trend-in
məlumatına görə, bu barədə NATO-nun mətbuat katibi Ellison Hart “X”
sosial şəbəkəsində yazıb.
“30 mart, bazar ertəsi günü NATO yenidən Türkiyəyə yönəlmiş İran
ballistik raketini uğurla ələ keçirib. NATO bu cür təhdidlərə
hazırdır və bütün müttəfiqlərini qorumaq üçün həmişə lazım olanı
edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi
İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik
raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava hücumundan
müdafiə və raketdən müdafiə sistemləri tərəfindən uğurla
zərərsizləşdirildiyini bildirib.

