
Bakı. Trend:
Gürcüstanda yeganə neft emalı zavodu olan Kulevi limanındakı
müəssisə (Kulevi Oil Refinery) Rusiya neftinin qəbulunu və
istifadəsini dayandırır.
Trend xəbər verir
ki, bu barədə müəssisəni idarə edən “Black Sea Petroleum”
şirkətinin baş direktoru David Potsxveriya bildirib.
Onun sözlərinə görə, şirkət Rusiya neftini Türkmənistan və
Qazaxıstandan tədarük olunan xammalla, eləcə də digər alternativ
mənbələrlə əvəz etməyi planlaşdırır.
“Məqsədimiz mövcud Rusiya neftini tamamilə əvəz etməkdir”, –
deyə o qeyd edib.
Bu açıqlama Qara dəniz sahilində yerləşən Kulevi neft
terminalının Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə az qala
Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsindən sonra
səsləndirilib.

