Qazaxıstandan Azərbaycana pul axını 12%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Qazaxıstandan Azərbaycana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 25,884 milyon ABŞ dolları təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü
ildəki göstərici ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 12,2%
çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul
köçürmələrində Qazaxıstanın payı 2,2% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin
pul köçürmələrinin həcmi 7,516 milyon ABŞ dolları olub ki, bu da
2024-cü ildəki göstərici ilə müqayisədə 1,064 milyon ABŞ dolları və
ya 12,4% azalma deməkdir.




Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində
Qazaxıstanın payı 1,5% təşkil edib.

2024-cü ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 8,580 milyon ABŞ dolları, əks istiqamətdə isə
23,070 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki
şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139
milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə
müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları
təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1
milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir