
Bakı.Trend:
ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti
nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər
davam etdirilir.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən
(ADSEA) məlumat verilib.
Bildirilir ki, nasosların bir neçəsi artıq işlək vəziyyətə
gətirilib.
“Hazırda rayonun bütün ərazilərinə içməli su verilir.
Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında
əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq.
Nasos stansiyanın fəaliyyətindəki problem səbəbindən bəzi
ərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklər
var. Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşları
gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər”, –
qurumdan əlavə edilib.
Qeyd edək ki, Azərbaycanda bayram günlərində müşahidə olunan
intensiv yağışlar paytaxt və bölgələrdə infrastrukturun
fəaliyyətinə ciddi təsir göstərib. Yağış suları xüsusilə Abşeron
rayonunun Masazır qəsəbəsini içməli su ilə təmin edən nasos
stansiyasında nasazlığa səbəb olub və nəticədə beş gündür qəsəbənin
bəzi ərazilərinə suyun verilməsi dayandırılıb.

