
Bakı. Trend:
“Leypziq”in müdafiəçisi Lukas Manuel Klostermann karyerasını
Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Beşiktaş” almaniyalı müdafiəçini transfer etmək istəyir. Bu barədə “Sabah” nəşri məlumat yayıb.
İstanbul nəhəngi Klostermann üçün onun klubu ilə ilkin
danışıqlara başlayıb. Hazırda komandasında heyətə düşə bilməyən 29
yaşlı mərkəz müdafiəçisi Türkiyə klubuna keçməyə isti yanaşır.
Qeyd edək ki, “Leypziq” Lukas manuel Klostermannı 2024-cü ilin
yayında “Bohum”dan 1 milyon avroya transfer edib. Almaniya
millisinin sabiq üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində
6 oyunda cəmi 76 dəqiqə meydanda olub.

