Ermənistanda mina partladı: 1 nəfər yaralandı

Baş səhifə

Ermənistanın Noyemberyan icmasının Koti kəndində mina partlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Koti kəndinin 41 yaşlı sakini Xolni Kar sərhəd ərazisində itirilmiş mal-qarasını axtararkən piyada əleyhinə mina partlaması nəticəsində yaralanıb. Yaralı Koti kəndinin sakini Artyom Harutyunyandır.

Həmkəndliləri onu sərhəd zonasından çıxararaq təcili yardım maşını ilə Noyemberyan Tibb Mərkəzinə aparıblar və sağ ayağı topuğundan yuxarı amputasiya edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir