FHN bəzi çaylarda sel hadisəsi ilə bağlı əhaliyə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar
bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava
şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi
proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlik
əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına
ciddi riayət etməyə çağırır.




“Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən
uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı
yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz
əməl etmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə
zamanı 112-yə zəng edin!” – deyə bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir