PAŞA Bank tarixi IPO-ya start verir!

Baş səhifə

Bakı. Trend:

PAŞA Bank ilk dəfə olaraq səhmlərini geniş ictimaiyyətlə bölüşür
və bununla ölkənin aparıcı özəl bankdan pay almaq imkanı verir.

İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışı 13 aprel
– 12 may 2026-cı il tarixlərində həm fiziki, həm də hüquqi şəxslər
üçün açıq olacaq.

Bu çərçivədə bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd
adi, adlı səhm investorlara təqdim olunur. Səhmin qiyməti 55 AZN
olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit
tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə
illik 5% faiz gəliri hesablanacaq. Səhmlərin yerləşdirilməsi Bakı
Fond Birjası vasitəsilə həyata keçiriləcək.

İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter
PAŞA Kapital, ABB Invest və Unicapital platformaları və mobil
tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər.

Qeyd edək ki, yerləşdirmə emissiya prospektində
göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.




Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid
edin.

Bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata
keçirilən ilk bank IPO-sudur və ölkənin kapital bazarlarının
inkişafında mühüm mərhələ hesab olunur.

Beynəlxalq reytinq agentliyi Standard & Poor’s 2026-cı ildə PAŞA
Bank-ın kredit reytinqini “BB-/B” səviyyəsində “Pozitiv” proqnoz
ilə təsdiqləyib. Bank eyni zamanda International Investor Magazine
tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” seçilib. 2024–2025-ci illərdə
Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra
beynəlxalq mükafatlara layiq görülüb, o cümlədən Stevie Awards-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk
Azərbaycan bankı olub.

PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun
maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas
prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və
Türkiyədə də fəaliyyət göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir