Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15%-ə yaxın artıb

Baş səhifə

2026-cı ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7 milyard 49,5 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.

“APA-Economics” bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, indiyədək ölkə ərazisində 112.219 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir