
Bakı. Trend:
Türkiyənin Hatay bölgəsində yerli hüquq mühafizə orqanları
tərəfindən keçirilən əməliyyat zamanı İŞİD terrorçu qruplaşmasnın 4
üzvü saxlanılıb.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, onlar İŞİD terror təşkilatı tərkibində silahlı
fəaliyyətdə iştirak etməkdə, münaqişə bölgələrində olmaqda şübhəli
bilinirlər.
Saxlanılan şəxslər məhkəmə qarşısına çıxarıldıqdan sonra
barələrində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına
göndəriliblər.

