
Bakı. Trend:
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda neft və neft
məhsulları üzrə istehsal göstəricilərində fərqli dinamika müşahidə
olunub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə ölkədə 587 min ton dizel yanacağı istehsal
edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 min ton və
ya 6,3% çoxdur. 1 aprel tarixinə dizel üzrə hazır məhsul ehtiyatı
172,3 min ton təşkil edib.
Eyni dövrdə kerosin istehsalı azalıb. Belə ki, yanvar-mart
aylarında 125,8 min ton kerosin istehsal olunub ki, bu da illik
müqayisədə 23 min ton və ya 15,5% azdır. Hazır məhsul ehtiyatları
isə 24,8 min ton olub.
Digər tərəfdən, ölkədə xam neft hasilatı 6,630 milyon ton təşkil
edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 234 min ton
və ya 3,4% azdır. Bunun 6,612 milyon tonu əmtəəlik xam neftin
payına düşüb.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 360,5 min ton
avtomobil benzini istehsal olunub. Məlumata əsasən, bu göstərici
2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,5 min ton və ya 7%
azalıb. 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 337 min ton
avtomobil benzini istehsal olunub. Cari ilin 1 aprel tarixinə ola
vəziyyətə görə, ölkədə hazır məhsul ehtiyatları 57,3 min ton təşkil
edib. Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 23,5 min ton və ya 7% azalıb.
Ümumilikdə, neft məhsullarının istehsalı sahəsində istehsalın
həcmi 1,284 milyard manat olub ki, bu da illik müqayisədə 2,9%
azalma deməkdir. Bununla yanaşı, neft koksunun istehsalı 35,4%,
avtomobil benzinin istehsalı 7,3%, dizel istehsalı isə 6,2%
artıb.
Eyni zamanda, kerosin istehsalı 15,5%, neft bitumu 17,3%, mazut
istehsalı isə 76,4% azalıb.
Qeyd edək ki, hasilat sənayesində ümumi istehsalın dəyəri 8,7
milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 0,7% azdır.

