
Bakı. Trend:
Avropa İttifaqı ölkələrində əhalinin ümumi sayının 2100-cü ilə
qədər 11,7 faiz azalacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu
barədə “Eurostat” yeni hesablamalar paylaşıb.
Məlumata görə, Aİ-nin statistika idarəsi cari demoqrafik
məlumatlara əsaslanan əhali proqnozlarını dərc edərək, əsrin sonuna
qədər İttifaq ölkələri əhalisinin təxminən 53 milyon nəfər azalaraq
398,8 milyona çatacağını proqnozlaşdırıb.
Proqnozlar göstərir ki, 2025-ci ildə 451,8 milyon olaraq
qiymətləndirilən Aİ əhalisinin 2029-cu ildə 453,3 milyona çatacağı
və 2100-cü ilə qədər uzunmüddətli azalma nümayiş etdirəcəyi
gözlənilir.

