Azərbaycanda “yaşıl enerji” istehsalının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən,
Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 milyon
kVt·st olub.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər
verir.

Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 6 milyard 66
milyon kVt·st, su elektrik stansiyalarında (SES) 510,5 milyon
kVt·st, digər mənbələr üzrə isə 414,5 milyon kVt·st, o cümlədən
külək elektrik stansiyalarında 247,7 milyon kVt·st, günəş elektrik
stansiyalarında 91,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının
Yandırılması Zavodunda isə 75,5 milyon kVt·st elektrik enerjisi
istehsal edilib.




Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə
külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2
milyon kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa
olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln.
kVt·st təşkil edib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə
6 milyard 76,8 milyon kVt·st (İES-lərdə 5 milyard 558,6 milyon
kVt·st, SES-lərdə 508,1 milyon kVt·st, GES-lərdə 10,1 milyon
kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9
milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon
kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyon
kVt·st, idxalı isə 35,0 milyon kVt·st olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir