“Barselona” “Atletiko”ya təklif göndərdi

Baş səhifə

Bakı. Trend:

“Atletiko”nun hücumçusu Aleksander Sörlot La Liqada klubunu
dəyişə bilər.

Trend xəbər verir ki, “Barselona” norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə
insayder Matteo Moretto məlumat yayıb.




“Barselon” Sörlotu yayda müqaviləsi başa çatan Robert
Levandovskinin davamçısı kimi düşünür. Kataloniya nəhəngi 30 yaşlı
forvard üçün onun klubuna rəsmi təkliflə müraciət edib.

Qeyd edək ki, “Atletiko” Aleksander Sörlotu 2024-cü ilin yayında “Vilyarreal”dan 32 milyon avroya transfer edib. Norveç millisinin
üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 47
rəsmi matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir