
Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya
Forumu çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Trend xəbər verir
ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya və Türkiyə xarici işlər nazirləri Antalya Diplomatiya
Forumu çərçivəsində ikitərəfli görüş keçirirlər”- deyə XİN-in rəsmi
nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında yazıb.
Digər təfərrüatlar açıqlanmır.

