
Bakı.Trend:
Bu gündən etibarən paytaxtın 5 ərazisində təmir işləri
aparılır.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, işlər Ziya Bünyadov prospektində, Dairəvi yoldan
Meyvəli Ticarət Mərkəzinə düşən hissədə, həmçinin şəhər daxilində
Rəşid Behbudov, Şərifzadə və Səməd Vurğun küçələrinin müəyyən
hissələrində həyata keçiriləcək.
“Planlaşdırılan təmir işlərinin 20 aprel tarixində səhər saat
06:00-dək yekunlaşdırılması nəzərdə tutulur. Göstərilən tarixədək
nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən
məhdudlaşdırılacaq”,-deyə agentlikdən əlavə olunub.
Qeyd edək ki, hazırda Bakıda Kənar Dairəvi yoldan Lökbatan
istiqamətində kilometrlərlə uzanan tıxac müşahidə olunur.

