
Bakı. Trend:
Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edəcək yeni
yeddiillik büdcə çərçivəsində müdafiə sahəsinə ayrılan vəsaitlərin
əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.
Trend xəbər verir ki, bu
barədə Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus məlumat
verib.
Onun sözlərinə görə, hərbi büdcənin 13 milyard avrodan 131
milyard avroya qədər yüksəldilməsi planlaşdırılır.
Kubilyus Avropa Parlamentindəki çıxışında bildirib ki, mövcud
təhlükəsizlik şəraiti fonunda müdafiə və kosmik proqramların
maliyyələşdirilməsinin artırılması qaçılmazdır və bu sahədə hər
hansı güzəştə yol verilməməlidir.
O, 131 milyard avroluq məbləği minimum hədd kimi
qiymətləndirib.

