Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını son dərəcə vacib hesab edir – Kallas

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşmasını son dərəcə vacib hesab edir.

Trend xəbər verir
ki, bunu Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xarici
İşlər Şurasının iclası ərəfəsində jurnalistlərə verdiyi açıqlamada
bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında münasibətlərin
normallaşdırılması məsələsi Aİ-nin gündəliyində mühüm yer
tutur.

“Bizim üçün Ermənistan, Azərbaycan və onların münasibətlərinin
normallaşması son dərəcə böyük önəm kəsb edir”, – deyə Kallas
vurğulayıb.

O qeyd edib ki, müzakirələr çərçivəsində Aİ-nin hər iki ölkə ilə
gələcək əməkdaşlığı məsələsinə baxılacaq.

“Biz həmçinin Ermənistan üçün yeni missiyanı və onların
Azərbaycanla münasibətləri üzərində bundan sonra necə işləyə
biləcəyimizi müzakirə edəcəyik”, – o bildirib.

Kallas əlavə edib ki, Aİ regiondakı vəziyyəti, o cümlədən
Gürcüstanda baş verən prosesləri diqqətlə izləməyə davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir