
Bakı.Trend:
ABŞ-nin şimal ştatı olan Oklahomada güclü tornado nəticəsində
azı 10 nəfər xəsarət alıb.
Trend xəbər verir
ki, bu barədə ABŞ telekanalı məlumat yayıb.
Məlumata görə, güclü qasırğa ən çox Qarfild rayonunda
dağıntılara yol açıb. Eyni zamanda ABŞ-nin Silahlı Qüvvələrinin
Vens bazasına müəyyən ziyanın dəydiyi bildirilir.
Fövqəladə xidmətlər axtarış-xilasetmə əməliyyatını davam
etdirir.

