
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 8,793 milyon ABŞ
dolları dəyərində 951 ton mis və ondan hazırlanan məmulatlar ixrac
edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, mis və ondan hazırlanan məmulatların ixracı ötən
ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,6 milyon ABŞ
dolları və ya 22,2% artıb, həcm baxımından isə 24 ton və yaxud 2,5%
azalıb.
Hesabat dövründə mis və ondan hazırlanan məmulatların ümumi
ixracda xüsusi çəkisi 0,16%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi
isə 1,12% təşkil edib.
Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 13,7
milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar
idxal edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 1,2 milyon ABŞ dolları və ya 9,8% artım deməkdir.
Hesabat dövründə mis və ondan hazırlanan məmulatların ümumi
idxalda xüsusi çəkisi 0,22%-ə bərabər olub.

