
Bakı.Trend:
Ağcabədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə nəticələnən
hadisə baş verib.
Hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Trend-in
yerli müxbirinin əldə etdiyi məlumata görə, zərərçəkənlər Arazbar
kənd sakini tərəfindən bıçaqlanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Məmmədov Şaiq Telman oğlu və
1989-cu il təvəllüdlü Məmmədov Həsən Teymurxan oğlu aldıqları bıçaq
xəsarətlərindən hadisə yerində həyatlarını itiriblər.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

