
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri çərşənbə axşamı (28 aprel) OPEK və
OPEK+-dən çıxdığını elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, BƏƏ 1 may 2026-cı il tarixindən etibarən OPEC və
OPEC+ sıralarını tərk edəcək.
Qeyd olunur ki, bu qərar BƏƏ-nin hasilat siyasətinin, həmçinin
mövcud və gələcək istehsal güclərinin hərtərəfli təhlilindən sonra
qəbul edilib və milli maraqlara, eləcə də bazarın aktual
tələbatlarının qarşılanmasına səmərəli töhfə vermək istəyinə
əsaslanır.
Qərar, İran müharibə zamanı Tehranın hücumlarına qarşı yetərli
müdafiənin təmin olunmamasına görə BƏƏ-nin ərəb dövlətlərini tənqid
etməsindən sonra verilib. BƏƏ prezidentinin diplomatik müşaviri
Ənvər Qarqaş bazar ertəsi Fars körfəzi ölkələrinin nüfuzlu
şəxslərinin forumunda çıxışı zamanı bu məsələni qaldırmışdı

