
Bakı. Trend:
Bu yaxınlarda İranla sərhəddə “Ağbənd” gömrük keçid məntəqəsi
inşa olunacaq.
Trend-in
məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsinin təqdimatı zamanı deyib.
O bildirib ki, bununla əlaqədar Araz çayı üzərində yeni körpü
salınacaq.
“İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda
yekunlaşacaq. Həmçinin piyadaların keçidi üçün imkanlar yaranacaq”,
– deyə komitə sədri qeyd edib.

