
Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycanda kredit təşkilatlarının
müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 32,313 milyard
manat, vaxtı keçmiş kreditlərin həcmi isə 619,6 milyon manat təşkil
edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit
qoyuluşlarının 27,9 milyard manatını milli valyutada kreditlər
təşkil edib.
Milli valyutadakı kreditlərin 524,2 milyon manatının ödəmə vaxtı
keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,373 milyard manatı
xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 95,4
milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin aprelin 1-nə
milli valyutada qoyulmuş kreditlər 2,6 milyard manat və ya 10,5%
artıb, xarici valyutada qoyulmuş kreditlər isə 19 milyon manat və
ya 0,4% azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,417
milyard manatını qısamüddətli, 23,323 milyard manatını uzunmüddətli
kreditlər, xarici valyutadakı kreditlərin isə 1,386 milyard
manatını qısamüddətli, 2,987 milyard manatını isə uzunmüddətli
kreditlər təşkil edib.

