Gömrük mallarınızı 1 aydan çox saxlamayacaq 

Baş səhifə

Fiziki şəxslər tərəfindən ölkəyə gətirilən malların müvəqqəti saxlanma müddəti maksimum 1 ay olacaq.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Layihəyə görə, mallar müvəqqəti saxlanca sadələşdirilmiş bəyannamə və gömrük orqanının aktı əsasında yerləşdiriləcək. Saxlanma müddəti malların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, lakin 1 aydan artıq ola bilməyəcək.

Həmçinin, təklif olunan dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən normadan artıq gətirilən və kommersiya məqsədi daşımayan qida məhsulları müvəqqəti saxlanca qəbul edilməyəcək. Bu halda həmin mallar ya geri qaytarılmalı, ya da gömrük orqanının iştirakı ilə məhv edilməlidir.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir