
Bakı. Trend:
Yer təkindən istifadə sahəsində qanunvericiliyin pozulmasına
görə məsuliyyət gücləndiriləcək.
Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı aidiyyəti dövlət orqanlarına
müvafiq tapşırıqlar verilib.
Belə ki, Ədliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd
Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluğu, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi, Prezidenti yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan İnvestisiya Holdinqi
və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət
orqanları ilə razılaşdırmaqla yer təkindən istifadə sahəsində
normativ hüquqi aktların tələblərinin pozulmasına görə məsuliyyətin
gücləndirilməsi ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər
Kabinetinə təqdim etməlidir.

