ABŞ-nin ələ keçirdiyi İran gəmisinin heyət üzvləri Pakistana təhvil verilib

Baş səhifə

Bakı.Trend:

ABŞ tərəfindən Oman körfəzində ələ keçirilmiş İranın “Touska”
yük gəmisinin 20-dən çox heyət üzvü Pakistana çatdırılıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar bu gün
İrana təhvil veriləcəklər.

“ABŞ tərəfindən etimadın möhkəmləndirilməsi tədbiri kimi, ələ
keçirilmiş İran konteyner gəmisi “MV Touska”nın göyərtəsində olan
22 heyət üzvü Pakistana təxliyə edilib. Dünən axşam Pakistana
gətirilən şəxslər bu gün İran hakimiyyətinə təhvil veriləcək”,-
deyə nazirliyin “X” sosial şəbəkəsində yayımladığı açıqlamada
bildirilir:




Qeyd olunur ki, İran gəmisi Pakistanın ərazi sularına
gətiriləcək və “zəruri təmir işləri” başa çatdıqdan sonra “ilkin
sahiblərinə” qaytarılacaq. Nazirlik bu addımların ABŞ və İranla
koordinasiya şəraitində həyata keçirildiyini bildirib.

“Pakistan bu cür etimadın möhkəmləndirilməsi tədbirlərini
alqışlayır və dialoq və diplomatiyanın təşviqinə dəstəyini davam
etdirəcək”, – deyə açıqlamada qeyd olunur.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının
nümayəndəsi bildirib ki, ABŞ hərbi qüvvələri Touska gəmisinin 22
heyət üzvünün Pakistana repatriasiya üçün təhvil verilməsini başa
çatdırıb”, eyni zamanda gəmi üzərində nəzarət onun sahibinə
qaytarılır.

Xatırladaq ki, aprelin 20-də ABŞ Prezidenti Donald Tramp ABŞ
hərbçilərinin Oman körfəzində dəniz blokadasını yarmağa cəhd
etdiyinə görə İran yük gəmisini ələ keçirdiklərini elan
etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir