Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB
subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün daha 13
müraciət daxil olub. Müraciətlərə “Startap” şəhadətnaməsinin
verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında
baxılıb və onlardan 9-na müvafiq sənədin verilməsi barədə qərar
qəbul edilib.

“Startap” şəhadətnamələri “Yumo Technology” MMC-nin avtoservis
və avtomobilə qulluq xidmətləri üçün marketpleys, “Myad Solutions”
MMC-nin “Admein.az” layihəsi (taksilərdə interaktiv reklam
platforması), “Mergen Aİ” MMC-nin “HAL-X” ixtisaslaşdırılmış süni
intellekt modeli, “AD Libitum Solutions” MMC-nin parkinq və
buraxılış-nəzarət sistemləri üçün proqram təminatı, “Baysart”
MMC-nin “Süni İntellektlə İncəsənət” platforması, “Tanz
Technologies” MMC-nin süni intellekt əsaslı müştərilər üçün vahid
kommunikasiya (“Omnichannel”) platforması, “İnnovation Media
Services” MMC-nin “İnnMedia” layihəsi (media qurumları üçün agent
əsaslı süni intellekt həlli), “Devlab” MMC-nin süni intellekt
əsaslı kadr seçimi və inkişaf platforması, fiziki şəxs Arif
Həsənovun süni intellekt əsaslı əmlak alqı-satqı platforması
layihələri üçün təqdim edilib.




“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə
azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir