Bu şəxslərin ailə üzvlərinə vergi güzəşti verildi

Baş səhifə

Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti müəyyənləşib.

Modern.az xəbər verir ki, bununla bağlı Prezident Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib.

Məcəlləyə əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir