ABŞ Oman körfəzində İran tankerini atəşə tutub

Baş səhifə

ABŞ hərbçiləri Oman körfəzində İran bayrağı altında hərəkət edən “Hasna” tankerinə atəş açıb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat yayıb.

Məlumata görə, İran limanına doğru hərəkət edən tanker mayın 6-da ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına tabe olmayıb.

“ABŞ Silahlı Qüvvələri Oman körfəzində məcburetmə tədbirləri tətbiq edərək İran bayrağı altında üzən tankeri hərəkətsiz vəziyyətə salıb”, – deyə CENTCOM vurğulayıb.

Qeyd olunub ki, “Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxan F/A-18 Super Hornet qırıcı-bombardmançısı tankerinin sükan idarəetmə sistemini 20 millimetrlik top atəşi ilə sıradan çıxarıb.

Komandanlıq bildirib ki, “Hasna” tankeri artıq İran istiqamətində hərəkət etmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir