Xəstəxanaya yerləşdirilən Akif İslamzadənin son durumu necədir?

Baş səhifə

Tanınmış müğənni Akif İslamzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə Modern.az-a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, hazırda Akif İslamzadənin vəziyyəti stabildir və həkim nəzarəti altında müalicəsi davam etdirilir.

“Hazırda Mərkəzi Gömrük Hospitalındayıq. Atamın vəziyyəti nisbətən stabildir. Həkimlərin müayinəsini gözləyirik”,- deyə Ayxan İslamov qeyd edib.

Qeyd edək ki, Azərbaycanın tanınmış estrada müğənnilərindən olan Akif İslamzadə ötən axşam infarkt keçirib. Onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir