Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi ilə Litva Respublikası Milli
Müdafiə Nazirliyi arasında imzalanmış 2026-cı il üçün ikitərəfli
hərbi əməkdaşlıq Planı”na əsasən, Litva Hərbi Akademiyasının
nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Trend xəbər verir ki,
bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində
fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə
təhsil prosesində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin
vacibliyi vurğulanıb, həmçinin, qarşılıqlı maraq doğuran məsələlərə
dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara təhsil ocağının tarixi, fəaliyyət
istiqaməti, tədris prosesində tətbiq edilən yeniliklər və digər
məsələlər haqqında brifinq təqdim edilib, onları maraqlandıran
suallar cavablandırılıb.

Qeyd edək ki, mayın 15-dək ölkəmizdə səfərdə olacaq litvalı
nümayəndə heyətinin Quru Qoşunlarının hərbi hissəsinə ziyarəti,
Laçın, Xankəndi və Şuşa şəhərlərinə, eləcə də, paytaxta mədəni
gəzinti proqramı planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir