Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprelaylarında Azərbaycanda informasiya və rabitə
(İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 271,2
milyon manat təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9%
çoxdur.

Bundan başqa, dövr ərzində ölkədə nəqliyyat və anbar təsərrüfatı
xidmətlərinin dəyəri isə 4 milyard 748,6 milyon manat təşkil edib.
Bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 4,6% artım
deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir