Daha 3 itkin-şəhidi dəfn ediləcək

Baş səhifə

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha
3 itkin-şəhidi dəfn ediləcək.

Trend xəbər
verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.




Bildirilib ki, Cəfərov Rafiq Şirvan oğlu, Həziyev Ələddin Həzi
oğlu, Sadıqov Zaur İmamqulu oğlu mayın 15-də Füzuli rayonunda dəfn
ediləcəklər.

R.Cəfərov Əbdülrəhmanlı kənd qəbirstanlığında, digər iki şəhid
isə İşıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir