
Bakı. Trend:
Hər il Azərbaycanda 4000-ə yaxın tələbə İT sahəsi ilə bağlı
ixtisaslardan məzun olur.
Trend xəbər verir
ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON
School of Engineering and Technology” (AZSET) proqramının təqdimat
mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, araşdırmalar isə bu sahədə kəmiyyətlə
keyfiyyətin üst-üstə düşmədiyini göstərir:
“Biz Elm və Təhsil Nazirliyi, nazirliklərin əməkdaşlarının,
ekspertlərin iştirakı ilə birlikdə süni intellektin, İT
ixtisaslarının, bu sahədə təhsilin vəziyyəti ilə bağlı, ən əsası
isə bizim işəgötürənlərin universitetlərden gözləntisi ilə bağlı
bir araşdırma etdik. Araşdırma göstərir ki, hər il Azərbaycanda
4000-ə yaxın tələbə bu ixtisaslardan məzun olur. İşəgötürənlərələ
danışanda isə məlum oldu ki, bu kəmiyyət heç də həmişə keyfiyyətlə
üst-üstə düşmür. Biz buradakı təbii səbəbləri qəbul edirik. Yəni,
universitetlərin sənaye müəsisələri, şirkətlərlə bir araya
gəlmədən, onlardan həmin müəssisə və şirkətlərin tələbinə uyğun
kadr yetişdirməsini gözləmək ədalətli olmazdı”, – nazir qeyd
edib.
R.Nəbiyev bildirib ki,Elm və Təhsil Nazirliyi ilə birgə
məktəbdən universitetə, universitetdən isə iş yerinə qədər bütün
mərhələləri əhatə edən geniş proqram hazırlanıb və artıq proqramın
icrasına başlanılıb.
Onun sözlərinə görə, proqram çərçivəsində kibertəhlükəsizlik,
süni intellekt və data elmləri istiqamətində insan potensialının
formalaşdırılması nəzərdə tutulur:
“Süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf
etdiyi dövrdə ölkənin gələcəyi gənclərin bilik və bacarıq
səviyyəsindən birbaşa asılıdır. Burada toplaşmağımızın əsas məqsədi
belə bir bilik və bacarığı formalaşdıracaq tədris və elm ocağının
yaradılması ilə bağlı vacib addım atmaqdır. Yaxın zamanda Prezident
tərəfindən süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal inkişaf və
innovasiya ekosisteminin formalaşdırılması ilə bağlı geniş müşavirə
keçirilib və həmin müşavirədən sonra 2026–2028-ci illər üzrə
fəaliyyət planı təsdiqlənib. Həmin fəaliyyət planının əsas
istiqamətlərindən biri məhz insan potensialının inkişafıdır”.

