Gürcüstanda 5 azərbaycanlı öldü

Baş səhifə

Gürcüstanın Qardabani rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Modern.az  Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həlak olanların və yaralının Qardabani rayonu sakinləri olduğu bildirilir.

Hadisənin təfərrüatlarının araşdırıldığı qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir