Orta Dəhlizin TRIPP təşəbbüsü ilə əlaqələndirilməsini vacib hesab edirəm – Tokayev

Baş səhifə

Astana. Trend:

Orta Dəhliz layihəsinin Beynəlxalq Sülh və Rifah üçün Tramp
Marşrutu (TRIPP) təşəbbüsü ilə inteqrasiyasının vacib olduğunu
düşünürəm.

Trend-in
Akorda-ya istinadən verdiyi məlumata görə, Qazaxıstan Prezidenti
Qasım-Jomart Tokayev bunu Qazaxıstan-Türkiyə Biznes Forumunda
çıxışı zamanı bildirib.

O qeyd edib ki, son illərdə Orta Dəhliz boyunca daşınan yüklərin
həcmi beş dəfədən çox artıb. 2025-ci ilə qədər konteyner
daşımalarının 36% artması gözlənilir.

“Yaxın gələcəkdə bu rəqəmi 10 milyon tona çatdırmaq
niyyətindəyik. Tranzit nəqliyyat sistemini effektiv şəkildə
əlaqələndirmək üçün vahid rəqəmsal idarəetmə platforması olan Smart
Cargo hazırlanıb. Ümumilikdə, Orta Dəhlizin imkanlarının
genişləndirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına uyğundur.
Bu baxımdan, logistika prosedurlarının elektron şəkildə həyata
keçirilməsinə, başqa sözlə, maksimum proses şəffaflığını təmin
etməyə və inzibati xərcləri minimuma endirməyə imkan verəcək
elektron icazə layihəsini birgə həyata keçirməyi təklif etdik.
Məncə, Orta Dəhliz layihəsinin Beynəlxalq Sülh və Rifah üçün Tramp
Marşrutu (TRIPP) təşəbbüsü ilə inteqrasiyasının vacib olduğuna
inanıram”, – Tokayev bildirib.

O, həmçinin türkiyəli sahibkarların Qazaxıstan mülki
aviasiyasının infrastruktur potensialına verdiyi əhəmiyyətli
töhfəni qeyd etdi.

“TAV Holding hazırda Almatı Hava Limanının beynəlxalq
terminalını yenidən qurur. “S Sistem Lojistik” şirkəti logistika
mərkəzinin tikintisində maraqlı olduğunu bildirib. Bu təşəbbüslərin
həyata keçirilməsi yerli aviasiya sənayesinin potensialının
gücləndirilməsinə töhfə verəcək”, – deyə Prezident qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir